Millimiz qrup sonuncusu oldu

 Millimiz qrup sonuncusu oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda son oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu kollektiv 3-cü turda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib - 1:1. Komandamızın bərabərlik qolunu 65-ci dəqiqədə vurub.

Yığmamız bununla da 2-ci qrupu 1 xalla sonuncu pillədə başa vurub.

Xatırladaq ki, U-17 daha əvvəl qrupda Şimali İrlandiya (0:4) və Almaniya (0:7) seçmələrinə uduzub.