"Qarabağ"ın legionerləri Millətlər Liqasında qələbə qazandılar

"Qarabağ"ın legionerləri Millətlər Liqasında qələbə qazandılar

"Qarabağ"ın legionerlərindən Martin Zlomisliç və Aleksey Kaşşuk ölkələrinin milli komandalarında növbəti oyunlarını keçiriblər.

"Mediasport" xəbər verir ki, bosniya və herseqovinalı qapıçı UEFA Millətlər Liqasının B Divizionunun 4-cü qrupunun 6-cı turunda Rumıniya yığması ilə ev matçında forma geyinib.

Görüş bosniyalıların qələbəsii lə yekunlaşıb - 2:1. Bosniya və Herseqovina seçməsi qurpu 11 xalla 2-cı sırada başa vurub.

B2 qrupunda yarışan Ukrayna millisinin yarımmüdafiəçisi Kaşşuk isə Slovakiyada Gürcüstan futbolçularına qarşı oynayıb.

Ağdam klubunun vingeri komandasının 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada meydana 64-cü dəqiqədə çıxıb.

Ukrayna kollektivi 7 xalla qrup üçüncüsü olub.