"Qarabağ"ın futbolçusu Afrikada səfər qələbəsində iştirak etdi
"Qarabağ"ın futbolçusu Burno Lanqa Mozambik millisinin heyətində növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, cinah müdafiəçisi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 4-cü turunun Efiopiya ilə matçında forma geyinib.
Səfərdə keçirilən görüş Ağdam klubunun üzvünün komandasının qələbəsii lə yekunlaşıb - 1:0.
Lanqa 90 dəqiqə meydanda olub.
Mozambik yığması 7 xalla J qrupunda ikinci pillədə qərarlaşıb.

