Azərbaycanın Olimpiya çempionları Monqolustanda "Böyük Dəbilqə"də

Azərbaycanın Olimpiya çempionları Monqolustanda "Böyük Dəbilqə"də

19-21 iyun tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

"Mediasport" xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən ilk yarışda Azərbaycan 12 çəki dərəcəsində 17 idmançı (12 kişi, 5 qadın) ilə mübarizə aparacaq.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 59 ölkədən 455 cüdoçu (254 kişi, 201 qadın) tatamiyə çıxacaq.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, "A" kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Böyük Dəbilqə turniri. Azərbaycan millisinin heyəti

Kişilər

-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev

-66 kq

Nizami İmranov

Ruslan Paşayev

-73 kq

Hidayət Heydərov

Rəşid Məmmədəliyev

-81 kq

Zelim Tçkayev

-90 kq

Murad Fətiyev

Aslan Kotsoyev

-100 kq

Zelim Kotsoyev

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov

Qadınlar

-48 kq

Şəfəq Həmidova

-52 kq

Gültac Məmmədəliyeva

-63 kq

Fidan Əlizadə

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova