Azərbaycan cüdoçuları dünya çempionatına uğursuz başladılar

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə start götürən böyüklər arasında dünya çempionatına uğursuz başlayıblar.
"Mediasport" xəbər verir ki, ilk gündə tatami üzərinə çıxan hər 3 təmsilçimiz medalsız qalıbn.
60 kq çəki dərəcəsində yarışan Əhməd Yusifov 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya uduzub.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) məğlub olub.
Eyni çəkidə Könül Əliyeva isə startda - 1/32 finalda Mariya Laborde (ABŞ) ilə bacara bilməyib.
Millimiz mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.
Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.