Azərbaycan cüdoçuları EYOF-un ilk günündə üç qızıl medal qazandılar

 Azərbaycan cüdoçuları EYOF-un ilk günündə üç qızıl medal qazandılar

Azərbaycan cüdoçuları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, ilk gündə millimizin üç üzvü qızıl medal qazanıb.

Oğlanların mübarizəsində Rza Xəlilli (50 kq) və Rəsul Əlizadədə (55 kq), qızlar arasında isə Gülşən Hüseynova (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.