"Böyük Dəbilqə": Cüdoçularımız 2-ci günü də medalsız başa vurdular
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.
"Mediasport" xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal görüşündə Monqolustan cüdoçusu Anxzaya Lavjarqal ilə bacarmayıb.
Südabə Ağayeva (70 kq) isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.
Cüdoçularımız Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışın ilk günündə üçüncü yer uğrunda görüşdə məğlub olublar.
"Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.
