Cüdoçularımız Xorvatiya Qran-prisini 3 medalla başa vurdular
Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-prini 3 medalla başa vurublar.
"Mediasport" xəbər verir ki, komandamız son yarış günündə yığmamız aktivinə iki mükafat yazdırıb.
100 kq çəki dərəcəsində yarışan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yeri tutub.
Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində dördüncü olub.
Xatırladaq ki, turnirin ilk günündə Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnmişdi.
