Azərbaycanın daha 2 cüdoçusu Astanada mübarizəyə start verir

  Azərbaycanın daha 2 cüdoçusu Astanada mübarizəyə start verir

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.

"Mediasport" xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə start verəcək.

1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə qarşılaşacaq.

Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə üz-üzə gələcək.

Cüdoçularımız Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışın ilk günündə üçüncü yer uğrunda görüşdə məğlub olublar.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) mübarizə aparır.