Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi finala vəsiqə qazandı

Avropa çempionatı: Azərbaycanın 4 güləşçisi finala vəsiqə qazandı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycanın 5 sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb.

Yarımfinalçılarımızdan yalnız Nürəddin Novruzov (61 kq) uduzub və sabah üçüncülük uğrunda güləşəcək.

Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) isə sabah çempionluq üçün yarışacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq), həmçinin qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal əldə ediblər.