Azərbaycan III MDB Oyunlarını 184 medalla 2-ci sırada başa vurdu

Azərbaycan III MDB Oyunlarını 184 medalla 2-ci sırada başa vurdu

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.

"Mediasport" xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında təmsilçilərimiz 6 medal qazanıblar.

Bununla da ölkəmizin Oyunlarda qazandığı medalların sayı 184-ə çatıb.

Komandamız yarışı 33 qızıl, 56 gümüş və 95 bürünc medalla ikinci sırada tamamlayıb.

Rusiya 231 medalla birinci, Belarus 122 medalla üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə bundəfə imza atıb.

Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

Saat 19:00-da Gəncə stadionunda yarışınr rəsmi bağlanış mərasimi keçiriləcək.