Hidayət və Vüsal da Meksika turnirində qızıl medal qazandı

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində daha 2 qızıl, 1 bürünc medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq) bütün rəqiblərinə qalib gəliblər.
Rəşid Məmmədəliyev (73) isə üçüncü yeri tutub.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) turnirin qalibi olublar, Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb.