İlham Zəkiyev Tbilisidə Avropa çempionatında çıxış edəcək

 İlham Zəkiyev Tbilisidə Avropa çempionatında çıxış edəcək

Azərbaycan paracüdoçuları sentyabrın Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.

"Mediasport" xəbər verir ki, yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq) və İlham Zəkiyev (J1, +95 kq) gücünü sınayacaq.

Qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.

İdmançılar yarışa baş məşqçi İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi ilə çıxaracaqlar.

Turnir 19-21 sentyabr aralığında təşkil olunacaq.