Karateçilərimiz Tokioda keçiriləcək dünya çempionatına qatılacaqlar

Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, mayın 31-dən iyunun 1-nə qədər keçiriləcək full kontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate millisinin iki üzvü -Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaqlar.
Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.
Komandaya AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcək.