Azərbaycan klubunda yeni qərar verildi: İdarə Heyəti yaradılacaq

Azərbaycan klubunda yeni qərar verildi: İdarə Heyəti yaradılacaq

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Difai" klubunun rəhbərliyi yeni qərar çıxarıb.

"Mediasport" xəbər verir ki, çempionatda Ağsunu təmsil edən komandada İdarə Heyəti yaradılacaq.

Məqsəd 2025/2026-cı ilərl mövsümündə komandanın uğurlu çıxışını təmin etmək, klubun fəaliyyətinin təkmilləşdirilmək, yarana biləcək çatışmazlıqları tez və operativ aradan qaldırılmaqdır.

İdarə Heyətinin əsas istiqamətlərinə marketinq strategiyasının işlənməsi, klubun nüfuzunun artırılması, beynəlxalq arenada "Difai" adının brend olaraq tanınması, sponsor və digər tərəfdaşların cəlb edilməsi daxildir.

İdarə Heyətinin tərkibi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Difai"FK 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən yaradılıb.

Azərbaycan çempionatlarına AFFA Region Liqasından başlayan komanda burada uğurlu çıxışdan sonra 1-ci Liqaya yüksəlib və 2 mövsümdür birincilikdə yerini qoruyur.