Azərbaycanın daha bir futbolçusu Qırğızıstan klubunda oynayacaq

Daha bir azərbaycanlı futbolçu karyerasını Qırğızıstanda davam etdirəcək.
"Mediasport" xəbər verir ki, İlkin Muradov bu ölkənin “Abdış-Ata” klubuna keçib.
"Səbail"dən ayrılan 29 yaşlı yarımmüdafiəçi Yüksək Liqa təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb.
Xatırladaq ki, “Abdış-Ata” bir neçə gün əvvəl "Səbail"in digər üzvü - Mirabdulla Abbasovu transfer edib.