"Bizim əsas məqsədimiz psixoloji olaraq komandanı yüksəltməkdir"

"Əsas məqsəd Azərbaycan futbolçularının psixologiyasını yüksəltməkdir".
"Mediasport" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Rəşad Eyyubov deyib.
O, DÇ-2026-nın seçmə qrup mərhələsinin Ukrayna ilə oyunundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimizi əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Əsas məqsədimiz psixoloji olaraq komandanı yüksəltməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyunudur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik".
Azərbaycan - Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.