Azərbaycan millisi Avropa çempionatında finala çıxdı!
Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, yığmamız yarımfinalda Norveç futbolçuları ilə qarşılaşıb.
Rəqibini darmadağın edən komandamız finala yüksəlib - 6:1.
Yığmamız sabah həlledici matçda Latviya ilə üz-üzə gələcək.
Millimiz həmçinin A liqasına da vəsiqəni təmin edib.


