Azərbaycan millisi son matçında Gürcüstan yığmasına uduzdu
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
"Mediasport" xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda qrupun üçüncü oyununda Gürcüstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 1:4.Görüşdə hesabı 5-ci dəqiqədə penaltidən Xanım Əsədova açıb.
Beləliklə, yığmamız qrupda sonuncu yeri tutub.
Xatırladaq ki, U-19 daha qrupda Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabları ilə uduzub.
