Azərbaycan millisi III MDB Oyunlarını 8 medalla başa vurdu

 Azərbaycan millisi III MDB Oyunlarını 8 medalla başa vurdu

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Təmsilçilərimizdən Abdullətif Musayev (53 kiloqram) və Nihad Rəhimov (64 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.