Mehdiabadda “Cənub” klubunun açılış mərasimi keçirildi - FOTOLAR
Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Cənub” İdman Klubunun boks zalı fəaliyyətə başlayıb.
"Mediasport" xəbər evrir ki, açılışı mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və digər şəxslər iştirak ediblər.
Zalın rəhbəri, Əməkdar məşqçi Samir Həsənov nazir Fərid Qayıbova boks zalında yaradılan şərait və məşq prosesi barədə məlumat verib.
Fərid Qayıbov zalın fəaliyyəti ilə maraqlanıb, idmançıların məşq prosesini izləyib və onlarla söhbət edib.






