Azərbaycan yığması dünya çempionatına qələbə ilə başladı

  Azərbaycan yığması dünya çempionatına qələbə ilə başladı

Bakıda çövkən üzrə 2-ci dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk oyun Azərbaycan və Özbəkistan komandaları arasında baş tutub.

Millimiz həmin dueldən 4-2 hesabı ilə qalib ayrılıb.

Türkiyə və Polşa milli komandaları arasında baş tutan görüş Polşa millisinin qələbəsi ilə yekunlaşıb (0:3).

Nigeriya - Uruqvay görüşündə isə sevinən tərəf Uruqvay millisi olub (0:2).