Azərbaycan çempionu olan qadın idmançı dopinqdən keçə bilmədi
Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 illik sanskiyaya məruz qalıb.
Bu barədə "Mediasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
İdmançının nümunəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.
F.İmanovanın cəzası 2026-cı il mayın 15-dən qüvvəyə minib və 2029-cu il mayın 14-də başa çatacaq.
O, 2023-cü ildə Azərbaycan çempionatının, gənclər arasında birinciliyin və Azərbaycan Kubokunun qalibi olub.
2024-cü ildə həm böyüklər, həm də gənclər arasında Azərbaycan çempionatında birinci yeri tutub.


