"Tarixi uğurumu qızıma həsr edirəm" - 4 qat Avropa çempionu

"Tarixi uğurumu qızıma həsr edirəm" - 4 qat Avropa çempionu

"Həqiqətən də bu "qızıllar"ın arxasında böyük əziyyət, zəhmət dayanır. Bu "qızıl"ı qazandıqdan sonra onun həzzini indi hiss edirəm".

"Mediasport" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Həsrət Cəfərov deyib.

4-cü dəfə Avropa çempionu adını qazanan 23 yaşlı idmançı Albaniyada keçirilən qitə birinciliyindəki zəfərindən sonra təəssüratlarını bölüşüb:

"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızıl medalımı qazanıram. Bu "qızıl"ımı, tarixi uğurumu qızıma həsr edirəm".

Qeyd edək ki, Həsrət Cəfərov Azərbaycanın yunan-Roma güləşi tarixində ilk 4 qat Avropa çempionu olub.