Azərbaycan millisinin rəqibləri müəyyənləşdi - III MBD Oyunları

Azərbaycan millisinin rəqibləri müəyyənləşdi - III MBD Oyunları

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

"Mediasport" xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər.

Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

 
III MBD Oyunları. Futbol


A qrupu


27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

14:00. Azərbaycan - Qırğızıstan


B qrupu


27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

12:00. Rusiya – Özbəkistan


3 oktyabr

12:00. 5-ci yer uğrunda

14:00. 3-cü yer uğrunda


4 oktyabr

14:00. Final