Avropa Liqası: Azərbaycan milli komandasının heyəti açıqlandı
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Liqası üçün yekun heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Faiq Qarayev yarışda 14 oyunçunun xidmətindən istifadə edəcək.
Millimiz Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək.
İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.
Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova
Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova


