Olimpiya idman növləri üzrə milli üzvlərinin lideri Hsərət Cəfərovdur

 Olimpiya idman növləri üzrə milli üzvlərinin lideri Hsərət Cəfərovdur

Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının sentyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

"Mediasport" xəbər verir ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir.

Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (460 xal) ikinci, Arseni Cioyev (420 xal) üçüncüdür.

Reytinq cədvəlində, həmçinin Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) da yer alıblar.