Azərbaycan milli komandasının üzvü faciəvi şəkildə həyatını itirdi

 Azərbaycan milli komandasının üzvü faciəvi şəkildə həyatını itirdi

Sentyabrda Azərbaycanda keçirilmiş III MDB Oyunlarının boks üzrə bürünc medalçısı Əli Ruşanov faciəvi şəkildə vəfat edib.

"Mediasport" xəbər verir ki, bir neçə gün sonra start götürəcək Azərbaycan çempionatına hazırlaşan 16 yaşlı idmançı məşq zamanı huşunu itirib.

Xəstəxanaya çatdırılsa da, boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, tanınmış boks mütəxəssisi Fazil Ruşanovun oğlu bu gün həmyaşıdı olan Vaqif Məhəmmədli ilə Bakıda sınaq döyüşü (sparrinq) keçirib.

Bədbəxt hadisə də bu zaman baş verib.