Milli komandamızın cüdoçusu Avropa çempionu adını qazandı
Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U23 Avropa çempionatı strat götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə Azərbaycan millisinin üç üzvü mübarizə aparıb.
66 kq çəki dərəcəsində yarışan İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
60 kq-da iki təmsilçimiz - Murad Muradlı və Hüseyn Allahyarov isə ümidləri doğrultmayıblar.
Xatırladaq ki, komandamız qitə birinciliyinə 9 cüdoçu ilə yolanıb.
