Abşeronda U-14 və U-16 Avropa Cüdo Ümidləri Turniri başlandı

Abşeronda U-14 və U-16 Avropa Cüdo Ümidləri Turniri başlandı

Abşeron Olimpiya idman Kompleksində Avropa Cüdo Ümidləri Turniri start götürüb.

"Mediasport" xəbər evrir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxacaqlar.

Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.

İlk gündə oğlanlar arasında beş, qızlar arasında isə iki çəki dərəcəsində qaliblər və mükafatçılar məlum olub.


Qızlar


57 kq

Firəngiz Kamilova (Azərbaycan)

Ruqayyə Hüseynova (Azərbaycan)

+63 kq

Mina Cəbrayılzadə (Azərbaycan)

Duyğu İsmayılova (Azərbaycan)


Oğlanlar


55 kq

Aslan Abdullayev (Rusiya)

Bayram Məmmədli (Azərbaycan)

İzzət Musayev (Azərbaycan)

Abdurrəhman Əsgərov (Azərbaycan)


60 kq

Daniel Eross (Rumıniya)

Mirsadiq Babayev (Azərbaycan)

Ramal Məmmədli (Azərbaycan)

Muhammədəli Mustafa (Azərbaycan)


66 kq

Süleyman Məmmədov (Azərbaycan)

Rüfət Allahverdi (Azərbaycan)

Mövlan İsgəndərli (Azərbaycan)

Sadiq Əlizadə (Azərbaycan)


73 kq

Kərim Məmmədov (Azərbaycan)

Şahin Ağabalazadə (Azərbaycan)

Amin Babazadə (Azərbaycan)


+73 kq

Adam Barabas (Rumıniya)

Salman Musayev (Azərbaycan)

Tomer Barger (İsrail)