Azərbaycan yığması dörd qızıl, üç gümüş, bir bürünc medal qazandı
Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokuna yekun vurulub.
"Mediasport" xəbər verir ki,yarışın ilk iki günündə S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst və “butterfly” (kəpənək) üzmə üsullarında iki qızıl medal qazanmış Raman Salei eyni məsafəyə arxası üstə 1:02,87 və 50 metr məsafəyə sərbəst üsulda 25,34 saniyə nəticə ilə daha iki qızıl mükafata sahib çıxıb.
Yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyası üzrə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:08.90 nəticə ilə gümüş medal qazanıb.
O, həmçinin 100 metr məsafəyə “butterfly” (kəpənək) və 200 metr məsafəyə qarışıq üzmə üsulunda gümüş, 400 metr məsafəyə sərbəst üzmə üsulunda isə bürünc mükafata yiyələnib.
Beləliklə, millimiz Raman Salei, Əli Vəliyev, Murad Məmmədov və Səlim Məmmədovun çıxışları ilə yarışı dörd qızıl, üç gümüş və bir bürünc medalla başa vurub.
