Günay Qurbanova yarımfinala yüksəldi - Dünya çempionatı

Günay Qurbanova yarımfinala yüksəldi - Dünya çempionatı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Vasif Bağırov (57 kq) təsəlliverici görüşdə yaponiyalı Rin Sakamotoya 10:2 hesabıyla qalib gəlib.

O, bürünc medal uğrunda moldovalı Yon Bulqaru ilə güləşəcək.

Fərhad Hacıyev (61 kq) və Təbriz Bayramov (86 kq) 1/8 finalda məğlub olublar.

Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində qələbə qazanıb - 6:0.

O, litvalı Anna Tielieginanı məğlub edib (12:2) və yarımfinala adını yazdırıb. Günay bu raundda isveçli Karin Samuelssonla qarşılaşacaq.