Azərbaycanda hər il dünya və ya Avropa çempionatı keçiriləcək
"Bu il Şahdağda Dünya Çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavablandırıb.
Hər il Azərbaycanda ya Dünya, ya da Avropa çempionatının keçiriləcəyini qeyd edən ölkəmizin rəhbəri "Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə - "Formula 1"lə müəyyən dərəcədə balans yaradacaq. İlk "Formula 1"dən sonra artım 20 faiz oldu" - deyə, qeyd edib.
