Üçqat dünya çempionu və Olimpiya mükafatçısı Bakıya gəldi

 Üçqat dünya çempionu və Olimpiya mükafatçısı Bakıya gəldi

Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib.

"Mediasport" xəbər verir ki, sessiyalara Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkio rəhbərlik edirlər.

Seminarda EJU-nun idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov, yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandasının məşqçisi Kotaro Sasaki, həmçinin yerli mütəxəssislər Rafiq Nəcəfov və İsmayıl Rzayev də təlimçi qismində iştirak edirlər.

Üç gün davam edəcək seminarda 200-dən çox yeniyetmə cüdoçu iştirak edir.

Təlimlər zamanı idmançılar müasir texniki və taktiki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə yaxından tanış olur, dünya səviyyəli cüdoçuların bilik və təcrübəsindən faydalanırlar.

Seminar iştirakçılar üçün yalnız yeni bacarıqlar qazanmaq deyil, həm də uğurlu idmançıların peşəkar yolunu yaxından öyrənmək və onlardan motivasiya almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Seminar iştirakçıları məhz bu beynəlxalq yarışda qüvvəsini sınayacaq.a