Azərbaycanda oynamış məşhur millinin baş məşqçisi təyin edildi
2015-2017-ci illərdə Bakının "İnter" (hazırkı “Şamaxı”) klubunda oynamış Zurab Xizanişvili milli komandada baş məşqçi olacaq.
"Mediasport" xəbər verir ki, gürcüstanlı veteran ölkəsinin U-19 yığmasını çalışdıracaq.
Azərbaycan klubunda 50 oyun keçirmiş 44 yaşlı mütəxəssis son olaraq U-16-nın baş məşqçisi idi.
O, daha əvvəl Gürcüstanın U-21 və A millilərində köməkçi kimi fəaliyyət göstərib.
