Millimiz Gürcüstana yollandı

 Millimiz Gürcüstana yollandı

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

"Mediasport" xəbər verir ki, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.

Gürcüstan yığması ilə keçirilən hazırlıqda 22 boksçumuz iştirak edir.

Məşqlər martın 15-də başa çatacaq.