İslam Həmrəyliyi Oyunlarında 3 kişi, 4 qadın boksçumuz yarışacaq

 İslam Həmrəyliyi Oyunlarında 3 kişi, 4 qadın boksçumuz yarışacaq

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 15 gün davam edəcək yarışda 3 kişi, 4 qadın idmançı mübarizə aparacaq.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaq.

Qeyd edək ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.