Bü gün Bakıda tarixin ən böyük U-17 dünya çempionatı start götürür
Bu gün Bakıda güləş üzrə tarixin ən böyük U-17 dünya çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda 52 ölkədən bütün çəki dərəcələri üzrə 675 güləşçi mübarizə aparacaq.
Turnirə ümumilikdə 1100-dən çox qonağın qatılacağı proqnozlaşdırılıb. Azərbaycan yarışda 29 güləşçi ilə təmsil olunacaq.
DÇ-nin rəsmi açılış mərasimi saat 17:15-də keçiriləcək.
İlk gündə Azərbaycanın 5 təmsilçisi mübarizəyə qoşulacaq.
Dünya çempionatı
55 kq
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
65 kq
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
80 kq
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
110 kq
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
1/8 final
48 kq
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)


