Azərbaycanın FİFA referisi Ermənistan millisinin oyununda

Azərbaycanın FİFA referisi Ermənistan millisinin oyununda

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan millisinin oyununa təyinat alıb.

Bu barədə "Mediasport"a futzal federasiyasından məlumat verilib.

Avropa çempionatının final mərhələsində bu gün baş tutacaq Ermənistan – Ukrayna matçında timekeeper kimi hakimlər briqadasına kömək edəcək.

Qeyd edək ki, bu, həm də FİFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.