Azərbaycan Tələbə Liqasında 2025/2026 mövsümü yekunlaşdı

 Azərbaycan Tələbə Liqasında 2025/2026 mövsümü yekunlaşdı

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, yarışın qalibi İdman Akademiyasının komandası olub.

Onlar finalda Memarlıq və İnşaat Universitetinin kollektivini məğlub ediblər.

3-cü yeri isə Texniki Universitetinin komandasına qalib gələn Bakı Dövlət Universitetinin futzalçıları qazanıblar.

Liqanın ikinci yarımqrupunda mübarizə aparan komandalardan I yeri Dövlət Pedaqoji Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Milli Aviasiya Akademiyasının komandası tutub.

Qaliblərin mükafatlandırılması mərasiminə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmiləri, veteran futbolçular iştirak qatılıblar.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.