Millimizin üzvü Çində Dünya Kubokunda qızıl medal qazandı
Səidcəmşid Cəfərov (75 kq) Çinin Quyyan şəhərində keçirilən boks üzrə Dünya Kubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, millimizin üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.
Hər 3 raunddan qalib ayrılan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb.
Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.
Buna qədər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.


