Dünya çempionatına hazırlıq: Milli komandamız Qoriyə yola düşəcək

  Dünya çempionatına hazırlıq: Milli komandamız Qoriyə yola düşəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.

"Mediasport" xəbər verir ki, yığmamız təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.

Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər.

Millimiz Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq. Toplanış avqustun 29-da yekunlaşacaq. Dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.