Sona Ağayevadan dünya çempionatında bürünc medal!

 Sona Ağayevadan dünya çempionatında bürünc medal!

Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə "Mediasport"a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoya qalib gəlib.

Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medal olub.