Azərbaycanlı futbolçu Xorvatiya klubu ilə müqavilə imzaladı

Azərbaycanlı futbolçu Xorvatiya klubu ilə müqavilə imzaladı

"Səbail"in vingeri Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Varajdin” klubu ilə müqavilə bağlayıb.

Qeyd edəkk i, şəhərin eyniadlı təmsilçisi 2024/2025-ci illər mövsümünü 4-cü pillədə başa vuraraq UEFA Avropa Konfrans Liqasında mübarizə aparmaq imkanı qazanıb.

Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Portuqaliyanın “Santa Klara” klubu qəbul edəcəklər.

"Sumqayıt"ın yetirməsi olan Abdullazadə son iki ili "Səbail"in heyətində keçirib.