Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu start götürdü

 Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu start götürdü

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursu keçirilib.

"Mediasport" xəbər verir ki, sentyabrın 8-dən 11-dək keçirilən kursun bu mərhələsində məşğələlərə təlimatçılar İlham Əzizzadə, Dəyanət Əliyev və Xanlar Əliyev rəhbərlik ediblər.

Kurs Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub və fasilələrlə üç ay davam edəcək.

UEFA C kateqoriyalı məşqçi kursunun noyabr ayı ərzində başa çatdırılması nəzərdə tutulub.