"Qarabağ" xorvatlara ziyafət verdi
Dünən UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyanın "Dinamo" klubunu qəbul edən "Qarabağ" U-19-ların görüşündən sonra rəqib üçün ziyafət təşkil edib.
"Mediasport" xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçuları Ağdam klubunun bazasında şam yeməyində qonaq olublar.
Nahar zamanı "atlılar"ın U-19 komandasının kapitanı Əli Qazıbəyov “Dinamo”dan olan həmkarına xüsusi hazırlanmış xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, "Azərsun Arena"da reallaşan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçiriləcək.

