Bakıdakı beynəlxalq turnirin qalibləri müəyyənləşdi - VİDEO
Bakı Tennis Akademiyasında "ITF Juniors J30 Baku" beynəlxalq tennis turniri keçirilib.
"Mediasport" xəbər verir ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə qaliblər müəyyənləşib.
Turnirin nəticələrinə əsasən, oğlanların fərdi yarışında Filip Smirnov birinci, Yakov Mazin isə ikinci yeri tutublar.
Qızların fərdi yarışında Vladislava Slelina qalib olub. Yevgeniya Sklyar isə gümüş medala layiq görülüb.
Oğlanların cüt yarışında Filip Smirnov və Yakov Mazin tandemi bütün rəqiblərini qabaqlayaraq birinci yerə yüksəlib.
Runmaan Maneş və Yonatan Şaqas cütlüyü isə ikinci yeri tutub.
Qızların cüt yarışında Polina Korelova və Vasilisa Marçenko qalib adını qazanıblar.
Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina cütlüyü isə turniri ikinci pillədə başa vurub.


