"Barselona" həm "El Klasiko"nu, həm də çempionluğu qazandı

"Barselona" həm "El Klasiko"nu, həm də çempionluğu qazandı

 İspaniyada mövsümün sonuncu "El Klasiko"su baş tutub.

"Mediasport" xəbər verir ki, "Barselona" ilə "Real" arasında əbədi və əzəli rəqabətin növbəti dueli La Liqanın 35-ci turuna təsadüf edib.

Lider "Barselona" doğma "Nou Kamp"da keçirilən tarixi derbidə 2:0 hesablı qələbə ilə həm də erkən çempionluğunu rəsmiləşdirib.

Hans-Diter Flikin komandası matçın taleyini ilk hissədə həll edib.

Kataloniyalılar 35 turdan sonra 91 xalla Madrid klubunu 14 xal qabaqlayırlar.

Bu, "Barsa"nın tarixi ərzində 29-cu çempionluğu olub.

"Kral klubu" 36 çempionluqla rekordçu ünvanını özündə saxlayır.