"Ya dəlidirlər, ya da kordurlar"
"Dövlət bayrağını dalğalandırmağı "nifrəti qızışdırmaq" olduğuna inananlar ya dəlidirlər, ya da kordurlar".
"Mediasport" xəbər verir ki, bu sözləri İspaniyanın baş naziri Pedro Sançes rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
Dövlət rəsmisi "Barselona"nın ulduz futbolçusu Lamin Yamalın çempionluq paradında Fələstinə dəstək olaraq bu ölkənin bayrağını nümayiş etdirməsinə münasibət bildirib:
"Lamin Yamal, sadəcə, milyonlarla ispanın Fələstinlə həmrəyliyini ifadə etdi. Bu, onunla fəxr etmək üçün başqa bir səbəbdir".
Kataloniya təmsilçisinin çalışdırıcısı Hans-Diter Flik isə bu cür yanaşmaları sevmədiyini, lakin Yamalın öz seçimləri ilə hərəkət etdiyini və onun yetkin biri olduğunu söyləyib.
Quienes consideran que ondear la bandera de un Estado es “incitar al odio”, o han perdido el juicio o han sido cegados por su propia ignominia.
— Pedro Sánchez (@sanchezcastejon) May 14, 2026
Lamine solo ha expresado la solidaridad por Palestina que sentimos millones de españoles. Otro motivo más para estar orgullosos de él.
