Ziyeş rəsmən Braziliya klubunda
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeşin yeni komandası dəqiqləşib.
"Mediasport" xəbər verir ki, Mərakeş millisinin üzvü karyerasını Braziliyada davam etdirəcək.
33 yaşlı vinger A Seriyası təmsilçisi "Botafoqo" ilə 3 illik müqavilə bağlayıb.
Son olaraq vətənində "Vidad"ın uğurları üçün çalışmış Ziyeş karyerası ərzində Qətərin "Əl Dühail", Türkiyənin "Qalatasaray", İngiltərənin "Çelsi", Niderlandın "Ayaks", "Tvente" və "Herenven" klublarında da oynayıb.

